AZ

Bakının məşhur bazarı bağlandı - FOTO

Bu gündən etibarən Bakının tanınmış "Keşlə bazarı"nın fəaliyyəti dayandırılaraq, "Avrohom" tikinti materialları bazarına köçürülməsi prosesi başlayıb.

"Bakuinfo"nun məlumatına görə, artıq bazardakı əşyalar və məhsullar yeni ünvana daşınır. Bu gün səhərdən bazar tamamilə bağlanıb və gələn müştərilərə buranın artıq fəaliyyət göstərməyəcəyi bildirilib. Satıcılar qeyd edir ki, məhsulların əksəriyyəti "Avrohom" bazarına, bəzi mallar isə “50 qəpik” adlanan digər bir əraziyə göndərilir.

"Keşlə bazarı"nın sökülməsi qərarı Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat sıxlığının azaldılması və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəbul olunub. Sözügedən bazarın fəaliyyətinə xitam verilməsi, həmçinin ətraf yolların yükünü azaltmaq məqsədini daşıyır.

Sahibkarların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin 2025-ci ilin fevralın 1-dən sonra başlanılması planlaşdırılıb. Bu müddət ərzində sahibkarlara məhsullarını təhlükəsiz şəkildə köçürmələri üçün şərait yaradılıb.

 

Seçilən
17
50
bakuinfo.net

10Mənbələr