İsrail və Livan hakimiyyət orqanları İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı razılaşmanın müddətini fevralın 18-dək uzadıblar.
Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin bazar günü yaydığı bəyanatda deyilir:
"ABŞ tərəfindən nəzarət edilən Livan və İsrail arasında razılaşma 2025-ci il fevralın 18-dək qüvvədə olacaq. Livan hökuməti, İsrail hökuməti və ABŞ hökuməti 2023-cü il oktyabrın 7-dən sonra əsir götürülən livanlı məhbusların geri qaytarılması üçün də danışıqlara başlayacaq”, - bəyanatda deyilir.
Qeyd edək ki, 60 günlük atəşkəs razılaşması bazar ertəsi qüvvəyə minib. Onun şərtləri İsrailin bazar ertəsinə qədər Livanın cənubundan qoşunlarını tamamilə çıxarmasını nəzərdə tuturdu.