İsrailin "Walla" xəbər agentliyinin hökumətin adı açıqlanmayan rəsmi nümayəndələrinə əsasən yaydığıməlumatdavurğulanır ki, görüş baş tutacağı təqdirdə Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici lider olacaq.
"Bu, Trampın Qəzzada HƏMAS-la əsir mübadiləsi üzrə saziş fonunda Netanyahuya jestidir. Hər halda, görüşün mümkünlüyü Baş nazirin səhhətindən asılıdır",- agentlik yazır.
Bildirilir ki, İsrailin hökumət başçısının ABŞ-yə səfərinin 3-5 fevral aralığında baş tutacağı nəzərdə tutulsa da, dəqiq tarix hələlik məlum deyil. Eyni zamanda, Netanyahunun səfər şəraiti onun ötən günlərdə keçirdiyi əməliyyat nəticəsində səhhətindən, 12 saatlıq uçuşa və intensiv görüş cədvəlinə tab gətirib-gətirməyəcəyindən asılıdır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta