Olaylar.az xəbər verir ki, bu barədə yanvarın 27-də jurnalistlərlə görüşdə Ermənistanın "Ayakve" adlı milli vətəndaş birliyinin həmtəsisçisi Avetik Çalabyan açıqlama verib.
Çalabyan bildirib ki, zahirən bu cür suallar günahsız və tarixi maraq doğuran kimi görünsə də, əslində bu yanaşma Türkiyənin narrativini Ermənistanda möhkəmləndirir.
"Türklər daim bu mövzuda danışır və bildirirlər ki, ya heç bir soyqırım olmayıb, ya da ermənilərə qarşı hər hansı zorakılıq baş veribsə, buna özləri səbəbkar olublar. İndi isə biz Ermənistanda hakimiyyətin bu türkcə narrativləri xalqımıza təlqin etdiyinə şahid oluruq. Onlar bunu hiss edilməyən şəkildə, addım-addım edərək cəmiyyətin şüurunu zəhərləyir və insanlarda "soyqırım" məsələsinin reallığına, hətta onun qurbanlarının kim olduğuna dair şübhələr yaradır. Bu, türklərin məsuliyyətini azaltmağa xidmət edir," - deyə Çalabyan vurğulayıb.
Fəalın sözlərinə görə, bu cür mövzuların hakimiyyət tərəfindən gündəmə gətirilməsi Ermənistan cəmiyyətində ciddi narazılıq doğurmalıdır, çünki bunun məqsədi tarixi faktların təhrif olunmasıdır.