Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq edən şəxsi saxlayıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, “TikTok" və “Instaqram”da kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadədir.
Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız