AZ

İran Rusiyadan Su-35 qırıcılarını aldığını etiraf edib

İran Rusiya istehsalı olan Su-35 qırıcılarının bir partiyasını aldığını təsdiqləyib. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şədamani bildirib.

"Hər zaman ehtiyac yarandıqda, hava, quru və dəniz qüvvələrimizi gücləndirmək üçün hərbi texnika alırıq", – general vurğulayıb.

Şədamani detallara varmaqdan imtina etsə də, bu açıqlama İran və Rusiya arasında mövcud razılaşmaların ilk real təsdiqi hesab olunur.

Bundan əvvəl İranın Rusiya qırıcıları alması ilə bağlı məlumatlar yalnız şayiə və mənbələrə istinadən yayılan xəbərlər çərçivəsində müzakirə olunurdu.
 
N.Təbrizli

www.anews.az
Seçilən
57
2
anews.az

10Mənbələr