“Meditasiya edirəm, məndə numerologiyaya, astrologiyaya maraq yaranıb”.
Ölkə.Az xəbər verir ki, bu sözləri “Pərvizə görə”də müğənni Samir Bağırov deyib.
O bildirib ki, ölümlə bağlı başqa cür düşünür: “Axırıncı dəfə Zulyaya (Zülfiyyə Xanbabayeva – red.) reinkarnasiya barədə danışırdım. Dedi ki, Samir, ölməkdən çox qorxuram da. Mən ona başladım başa salmağa ki, reinkarnasiya nədir, həyata yenidən gələ bilirik. Zulya susdu, sonra dedi ki, ay Samir, hamı ilə belə danışma, fikirləşərlər ki, dəli olmusan. Ona görə bu barədə çox danışmaq istəmirəm. Vaxtı gələndə hər şeyi başa düşərsiniz. İnsanlar inanmırlar, lakin ölümdən sonra hər şey davam edir”.
O həmçinin çıxışı zamanı bildirib ki, onun sənətinin zirvəsi qarşıdadır: "Məncə, ulduz olmaq mümkün deyil, ulduz doğulmalıdır. Onlar seçilmiş insanlardır... Sənət adamları da... Şou-biznes adamlarını nəzərdə tutmuram. Sovet vaxtında oxuyanlar yoxlanılırdı, nəinki efirə çıxmaq. İndi təkcə tənbəllər oxumurlar. Bu, nədir? Mən görürəm, baxıram, hamını tanımıram. Tanış sifətlər olanda sevinirəm. Bilmirəm, bəlkə mən qocaldım. Bu vəziyyət məni narahat etmir. Amma mübarizə aparılmalıdır. Xalqın züvqünü korlayırlar. Niyə əvvəl belə deyildi? Başqa cür idi. O vaxt mahnılarda ruh var idi, indi cansızdır".
S.Bağırov söyləyib ki, çoxdan sənətə qayıdıb, son vaxtlar efirə çıxmırdı: "Gic-gic verilişlərə çıxmaq istəmirdim. Hamı fikirləşirdi ki, yoxam. Yox. Oxuyurdum, tədbirlərə, şou-proqramlara gedirdim".