Belarus ABŞ ilə ayrı-ayrı xidmətlər vasitəsilə əlaqə saxlayır və Rusiyanın bundan xəbəri var.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bildirib.
“Prezidentimiz artıq bu barədə danışıb – biz ayrı-ayrı xidmətlər arasında kiçik də olsa, əlaqə saxlayırıq. Rusiya da bundan xəbərdardır”, - o deyib.
Mətbuat katibi həmçinin vurğulayıb ki, Belarus Ukraynana ilə də əlaqə saxlayıb.
“Bunun sayəsində, bildiyiniz kimi, Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi aparılır”, - o əlavə edib.
Müəllif: Arzu