Suriyadakı Rusiya hərbi bazaları ilə bağlı vəziyyət zamanla uyğun şəkildə həll olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Al Şark" telekanalına açıqlamasında danışıb.
O qeyd edib ki, Türkiyə tərəfi Suriya xalqı və Suriyanın yeni hökuməti adından cavab verə bilməz.
“Cənab Əhməd əl-Şaraaya Dəməşqdə bu bazaların vəziyyəti ilə bağlı sual verildi və o, cavab verdi. Düzünü desəm, düşünürəm ki, zaman keçdikcə bu vəziyyət lazımi qaydada öz həllini tapacaq” - o qeyd edib.
Müəllif: Arzu