AZ

Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirmək niyyətini açıqlayıb

Kopenhagen Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün 2 milyard dollardan çox pul xərcləmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Danimarka hökuməti və ölkənin parlament partiyaları Arktikada hərbi infrastrukturun inkişafı ilə bağlı saziş imzalayıb. Bu məqsədlər üçün 14,6 milyard Danimarka kronu (2,11 milyard dollar) ayrılacaq.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, Arktika və Şimali Atlantikada ciddi təhlükəsizlik və müdafiə problemləri mövcuddur. Buna görə də krallıq bölgədəki mövcudluğunu gücləndirməlidir.

Kopenhagen Arktikaya üç yeni döyüş gəmisi və qabaqcıl müşahidə sistemlərinə malik iki uzaq mənzilli pilotsuz uçuş aparatı göndərməyə hazırlaşır.

Poliqon.info

Seçilən
17
35
poliqon.info

10Mənbələr