Bakı. Trend:
Kolumbiya aviasiyası ABŞ tərəfindən deportasiya edilənvətəndaşlarını vətənlərinə çatdıracaq.
Trend-inməlumatına görə, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro bazarertəsi açıqlama verib.
“Soydaşlarımız səhər saatlarında Kolumbiyaya gələcəklər. Onlarıbizim aviasiyamız gətirəcək və onlar qandalsız gələcəklər”, - deyəPetro X sosial platformasında bildirib. O vurğulayıb ki, “buyanaşma - deportasiya edilənlərin ləyaqətinə hörmət - Kolumbiyavətəndaşlarını deportasiya edən bütün ölkələrə şamil ediləcək.”
Xatırladaq ki, yanvarın 26-da Prezident Petro, ABŞ-dandeportasiya edilən kolumbiyalıları daşıyan Amerika təyyarələrininölkə ərazisinə enməsinə qadağa qoyulmasını əmr etmişdi. Bununcavabında ABŞ keçmiş prezidenti Donald Tramp Kolumbiyadan idxaledilən mal və xidmətlərə 25 faiz rüsum tətbiq edəcəyi iləhədələmişdi. Kolumbiya rəhbərliyi isə cavab olaraq əlavə rüsumlarıntətbiqinə göstəriş verib.