AZ

HƏMAS Qahirəyə gedib

HƏMAS nümayəndə heyəti atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı müzakirə etmək üçün Misirə səfər edib. 

"Cebheinfo.az" xəbər verir ki, HƏMAS Rəhbərlik Şurasının sədri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyətinin Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs razılaşmasının icrası və İsraillə əsir mübadiləsi ilə bağlı müzakirə etmək üçün Qahirəyə getdiyini açıqlayıb. Hərəkatdan verilən yazılı açıqlamada “HƏMAS Rəhbərlik Şurasının sədri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti (dünən axşam) Misirin paytaxtı Qahirəyə rəsmi səfər ediyi bildirilir. 

Bəyanatda qeyd olunub ki, nümayəndə heyətinin Misirin yüksək rütbəli rəsmiləri ilə Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasının icrası və üç mərhələli məhbus mübadiləsi ilə bağlı müzakirə etməsi planlaşdırılır. Qeyd edək ki, HƏMAS və İsrail arasında Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u, bazar günü qüvvəyə minib. İsrailin 2023-cü il oktyabrın 7-dən atəşkəsə qədər Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17.841-i uşaq, 12.298-i qadın olmaqla 47.283 fələstinli həyatını itirib, 111.472 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə cəsədin qaldığı bildirilir. 

Seçilən
12
24
cebheinfo.az

10Mənbələr