AZ

Bayden administrasiyası Putini öldürməyə çalışıb?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı jurnalist Taker Karlson ABŞ hakimiyyətinin Co Baydenin prezidentliyi dövründə Rusiya lideri Vladimir Putini öldürməyə cəhd etdiyini iddia edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə tanınmış jurnalist həmkarı Mett Taibbi ilə söhbətində bildirib.
Karlsonun sözlərinə görə, Vaşinqtonun bu cür "dəli siyasəti" ABŞ-nin keçmiş administrasiyası üçün xaosdan qoruyucu ekran olub.
"Bayden administrasiyası Putini öldürməyə çalışıb", - deyə o qeyd edib.
Karlson öz versiyasının xeyrinə heç bir təfərrüat və ya arqument gətirməyib. Amerikalı jurnalistin fikrincə, belə niyyətlər dəlilikdir.
Onun sözlərinə görə, Bayden dövründə dövlət katibi vəzifəsində çalışan Antoni Blinken son iki ay ərzində ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün əlindən gələni edib.
Seçilən
14
29
oxu.az

10Mənbələr