AZ

Tramp və Putin bir-birinə hansı siqnallar göndərir?... -"The New York Times”

Donald Tramp bu yaxınlarda Vladimir Putinin “Rusiyanı məhv etdiyini” söylədi və Rusiya danışıqlara razı olmasa, yeni sanksiyalar və tariflərlə hədələdi.
Bununla belə, ekspertlər qeyd edirlər ki, ölkələr arasında ticarət əlaqələrinin zəif olduğunu nəzərə alsaq, iqtisadi tədbirlərin tətbiqi təhlükəsi formal görünür. Buna cavab olaraq Putin diqqəti daha müsbət notaya yönəltməyə çalışdı və dedi ki, Tramp üç il əvvəl prezident olsaydı, Ukraynaya müdaxilədən yayınmaq olardı. O, “lider liderlə üz-üzə” qlobal problemləri müzakirə etməyə hazır olduğunu vurğulayıb.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, “The New York Times” nəşri analtik materialında  yazır ki, Putinin ritorikası Trampın dəstəyini təmin etmək və Moskvanın danışıqlara hazır olduğunu vurğulamaq məqsədi daşıyır.
 
Rusiya lideri ABŞ ilə təkcə Ukraynadakı müharibəni deyil, həm də nüvə silahı məsələlərini əhatə edən “geniş razılaşma” əldə etmək istəyinə eyham vurub, çünki mövcud "START" müqaviləsinin müddəti bir ildən sonra başa çatır.
 
Trampın strategiyası: danışıqlar, yoxsa təzyiq?
 
Tramp “sövdələşmələr etmək” qabiliyyətini vurğulasa da, onun strategiyası suallar doğurur. O, Vladimir Zelenskini dəfələrlə tənqid edərək onu müharibənin qarşısını ala bilməməkdə ittiham edib.
 
"Mən Putinlə asanlıqla danışa bilərdim, lakin Zelenski döyüşmək istədiyinə qərar verdi", - Tramp belə deyib.
 
Eyni zamanda, o, Kreml qarşısında zəif görünməmək üçün Rusiyaya qarşı sərtliyini nümayiş etdirməyə çalışır.
 
Rusiya məsələləri üzrə ekspert Stiven Sestanoviç qeyd edir ki, Putin ən çox ABŞ ilə birbaşa danışıqlarda maraqlıdır, Ukraynaya məhəl qoymur. Eyni zamanda, neft sektoruna qoyulan iqtisadi məhdudiyyətlər Trampın müşaviri Keyt Kelloqun qeyd etdiyi kimi, Moskvaya təzyiqin əsas aləti olaraq qalır. O, vurğulayır ki, Rusiya üçün ən vacibi enerji resurslarından əldə etdiyi gəliri qoruyub saxlamaqdır.
 
Rusiyanın mövqeyi: öz şərtləri ilə danışıqlar
 
Putin Ukraynada böyük itkilərə baxmayaraq, öz mövqeyinə inam nümayiş etdirməkdə davam edir. Onun sülh üçün şərtləri dəyişməz olaraq qalır: Ukrayna ərazisinin təxminən 20%-nə nəzarəti saxlamaq, Ukraynanı NATO-dan uzaqlaşdırmaq və hərbi potensialını məhdudlaşdırmaq. Buna baxmayaraq, Kreml ABŞ-yə qarşı aqressiv ritorika saxlayır ki, bu da danışıqların uğursuzluğa düçar olmasına hazır olduğunu göstərə bilər.
 
Risklər və proqnozlar
 
Trampla Putinin danışıqları qlobal geo-siyasətdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, istənilən razılaşma Ukrayna və onun müttəfiqlərinin maraqlarına xələl gətirəcək güzəştlərlə nəticələnə bilər. ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şerman qeyd edir ki, Putin ərazi güzəştləri, Ukraynanın NATO-ya üzv olmaması və Avropada Qərbin nüvə silahlarına məhdudiyyət qoyulmasını tələb edəcək.
 
Gərgin vəziyyətin fonunda Avropa ölkələri müdafiə xərclərini artırır. Trampın hərbi büdcələri ÜDM-in 5%-ə çatdırmaq çağırışı artıq dəstək tapmaqdadır, baxmayaraq ki, bir çox NATO ölkələri belə rəqəmlərə nail olmağın yaxın illərdə son dərəcə çətin olacağını etiraf edir.
 
Bu mürəkkəb oyunda yalnız Ukraynanın gələcəyi deyil, həm də Avropadakı qüvvələr balansı və iki supergüc arasında nüvə nəzarətinin taleyi də təhlükə altındadır...
 
S.Laçın
Seçilən
13
50
moderator.az

10Mənbələr