AZ

Türkiyədə dördmərtəbəli binanın çökməsi ilə bağlı altı nəfər həbs olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Konya şəhərinin Selçuklu rayonunda dördmərtəbəli binanın çökməsinə görə məsuliyyət daşıdığı iddiası ilə saxlanılan 6 şübhəli həbs edilib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Şübhəlilər - balıq satışı ilə məşğul olan mağazanın sahibi Kazım F., keçmiş qəhvəxana sahibi Kamal Ö., mağaza sahibləri Hakkı İ. və Mehmet P., interyer dizayneri Tuncer D. və balıq satışı mağazasında təmir işləri aparan Volkan D. prokurorluqda dindirildikdən sonra növbətçi məhkəmə tərəfindən həbs ediblər.
Hadisə ilə bağlı ekspertlər komissiyasının işi davam edir.
İddia edilir ki, şübhəlilərdən Kazım və Kamal mağazanın divarını sındıraraq iki fərqli yerdən qapı açıblar.
Xatırladaq ki, yanvarın 24-də Konyada çökən binanın dağıntıları altından 3 nəfər sağ çıxarılıb, 2 nəfərin isə cəsədi tapılıb.
Seçilən
10
50
oxu.az

10Mənbələr