Rusiyada qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası bir sıra hallarda vətəndaşların hərbi xidmətə çağırış müddətinin artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Herbiand.az bildirir ki, bu barədə “Vedomosti”yə iki mənbə bildirib: biri iclasın yekunu üzrə qəbul edilən qərarlarla tanış olan şəxs; ikincisi isə Ağ evdəndir.
Hərbi xidmətə çağırışla bağlı həyata keçirildiyi müddətdə yerinə yetirilməyən qərarlar, dəstəklənən dəyişikliklərdən irəli gələrək həmin qərarın qəbul edildiyi gündən bir il müddətində növbəti çağırış müddətlərində həyata keçiriləcək. Sənəd Müdafiə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə və Ədliyyə Nazirlikləri tərəfindən təsdiq edilib.
Qanun layihəsində həmçinin federal əhəmiyyətli şəhərlərdə, habelə bir neçə bələdiyyə dairəsi, bələdiyyə və şəhər rayonları üzrə bir layihə komissiyasının yaradılması təklif edilir.
Rusiyada hərbi xidmətə çağırış ildə iki dəfə aparılır: yazda - aprelin 1-dən iyulun 15-dək və payızda - oktyabrın 1-dən dekabrın 31-dək. Hərbi xidmətə çağırış planı başlamazdan bir qədər əvvəl təsdiqlənir. Xidmət müddəti bir ildir. Kişilər üçün hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədərdir.
Bəxtiyar CƏFƏRLİ