AZ

Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımalar həyata keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Özbəkistanla ikitərəfli yükdaşımalarda “e-Permit” – elektron icazənin tətbiqi ilə yükdaşımaları yerinə yetirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb. Yanvarın 14-də isə Azərbaycana məxsus nəqliyyat vasitəsi elektron icazə ilə Özbəkistana yükdaşımanı uğurla həyata keçirib.

Bildirilib ki, “İcazə” blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması bu prosesin şəffaflığını təmin edəcək, yükdaşımaların təşkilinin səmərəliliyini artıracaq və icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradacaq. Reallaşdırılan layihə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsini nəzərdə tutur.

Qeyd edək ki, beynəlxalq yükdaşımalarda elektronlaşma və rəqəmsal texnologiyaların daha geniş tətbiqi üçün işlər davam etdirilir.

Seçilən
1
8
azertag.az

10Mənbələr