Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Qarabağ”la qarşılaşacaq “Olimpiakos”un futbolçularına bu görüşdə qazanılacaq qələbəyə görə böyük məbləğdə mükafatlar vəd edilib.
Apasport.az xəbər verir ki, bu vəd “Olimpiakos”un prezidenti Vangelis Marinakis tərəfindən verilib.
Lakin Yunanıstan mətbuatı konkret hansı məbləğin müzakirə olunduğunu açıqlamayıb.
"Olimpiakos" - "Qarabağ" matçı yanvarın 30-da Pireydə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Ağdam təmsilçisi pley-off şansını itirsə də, “Olimpiakos” birbaşa 1/8 finala yüksələ bilər.
Sabiq "Qalatasaray"lı karyerasını bitirib
Nigeriyalı futbolçu “Sevilya”da
La Liqa: “Selta” “Alaves”lə bacarmadı
A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı
Fatih Terimin komandası son dəqiqədə 3 xala sevindi