AZ

2 yaşlı körpənin ölüm səbəbi AÇIQLANDI

26.01.2025-ci il tarixində saat 17:50 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli)  ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Ona kəskin tənəffüs çatmamazlığı diaqnozu təyin edilib, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək süni tənəffüs cihazına qoşulub.

Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq, 27.01.2025-ci il tarixində saat 12:50 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

***

09:16

Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb.

Modern.az xəbər verir ki, 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
1
modern.az

2Mənbələr