AZ

Avropa daha böyük təhlükəyə qarşı hazırlıqlara başlayıb

Avropa

Avropa Rusiya və Çinin qitədəki təsirinə qarşı təhlükəsizlik tədbirlərini və müdafiəsini gücləndirməlidir.

Reyting.az
xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.

Baltik dənizindəki son hadisələrə və Ukraynadakı müharibəyə diqqət çəkən Frederiksenin iddiasına görə, Rusiya Avropaya hibrid hücumlar edir: “Bu, Baltik dənizində də baş verir. Bizə daha güclü və özünü dəstəkləyən Avropa lazımdır”.

Qeyd edək ki, Danimarka lideri bu bəyanatı Berlində Almaniya kansleri Olaf Şoltsla görüşdən əvvəl verib. Almaniya kansleri O. Şolts isə Baltik dənizində təhlükəsizlik məsələlərini müzakirə edəcəklərini bildirib.

Şolts bölgədə baş verən son hadisələrə diqqət çəkərək deyib: “Dünən daha bir sualtı kabelin zədələndiyi xəbərini aldıq. Bu, Rusiyanın geridə qalan donanmasının yaratdığı təhlükəni bir daha vurğulayır”.

Son məlumata görə, Şolts və Frederiksen Avropanın bu təhdidlərə qarşı daha güclü tədbirlər görməsi ilə bağlı razılığa gəliblər.

ELÇİN
Seçilən
24
14
reyting.az

10Mənbələr