Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib:
"Həkimin peşəkarlığı deyəndə insanların ağlına izləyici sayının çox olması gəlir. "TikTok"da çoxlu canlı yayım açmaq, izlənmə toplamaq yaxşı həkim olmaq sayılır. Günahın böyük hissəsi vətəndaşlardadır ki, yaxşı ilə pisi ayıra bilmirlər. Bu problemdən indiyə qədər sadəcə pasiyentlər əziyyər çəkirdisə, bundan sonra bütün tibb ictimaiyyəti əziyyət çəkəcək. Qarşılarına çıxan bütün plastik cərrahları "dəyirmanın altına" verməyə başlayacaqlar. Rəvayətdə olduğu kimi, əvvəlcə qulaqları kəsib sonra sayacaqlar. Azərbaycanda ekspertizanı kimlərin aparmasının özü elə araşdırma mövzusudur. Xüsusi Təftiş Komissiyasının peşəkar, dürüst, savadlı həkimlərin mənafeyini qoruya bilməsini də düşünmək lazımdır".
O bildirib ki, əhalidən çox şey asılıdır:
"İnsanlar özlərini savadsız həkimə təslim edib, savadlı həkimin olmadığını iddia edirlər. Dünyanın hər yerində ən yaxşı həkimlərin belə əlində fəsad doğuran hadisələr ola bilir. Biri də var ki, peşəkarlığı olmayan, saxta diplomla həkim olan, bir- iki dəfə xaricdə kursa gedib sertifikat alan həkimlər olsun. İlk növbədə həkimin Azərbaycan Tibb Universitetinu bitirdiyini bilmək vacibdir. Daha sonra rezidenturaya qəbul olub illərlə oxuyan həkimlər var.
Onun sözlərinə görə, insanlar Türkiyədə 1-2 aylıq kurslarda iştirak edən həkimlərlə peşəkar həkimləri ayırd edə bilmirlər:
"İndi tədbirlər görmək əvəzinə savadı olmayan insanlar əvvəlcədən sistemə daxil edilməməli idi. Problemin kimlərin əlində yaranmasına diqqət etmək lazımdır. Yaranan vəziyyətə görə qurunun oduna yaş da yanacaq. Cəmiyyət kor-təbii şəkildə yenə də reklam dalınca qaçacaq. Görülən tədbirlərin xalqın mənafeyinə balanslaşdırılmış şəkildə xidmət edəcəyinə inanmıram".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.az"Xəstə, yaşlı, avtobusa minə bilməyən insanlar heç olmasa ucuz qiymətli taksidən istifadə edirdilər" — AÇIQLAMA ( 15148715)
-
demokrat.az"Bu kimi layihələri ictimai nəqliyyatda görmək sevindirici haldır" — Nəqliyyat eksperti ( 15148271)
-
hakimiyyet.azBakının yeni NƏQLİYYAT TRENDİ: Velosiped və skuterlər ( 15147259)
-
newscenter.azNəqliyyat sahsindəki çağırışlara optimal cavab kompleks və sistemli yanaşmadan keçir ( 15142371)
-
baki-xeber.comSon 15 ilin nəqliyyat layihələrinin səmərəsi gündəmə gətirildi... ( 15134701)
-
olaylar.azBakıda şəxsi maşınlardan istifadə məhdudlaşacaq – Yeni qaydalar gəlir ( 15134557)
-
modern.azBakının nəqliyyat damarı şaxələnəcək - Müşavirədən GÖZLƏNTİLƏR ( 15119703)
-
interpress.azNəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib ( 15102823)
-
apa.azNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib - VİDEO - YENİLƏNİB ( 15102141)
-
leqal.infoNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib ( 15100735)