AZ

QHT sədri vərəmin  müalicəsində çətinliklərdən danışdı

Vərəmin müalicəsi ölkəmizdə pulsuz olaraq həyata keçirilir, lakin müalicənin bir hissəsi olan yan təsir dərmanlarının təchizatı bəzi pasiyentlər üçün çətinliklər yaradır.

"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında vərəm müalicəsinin pulsuz olmasına baxmayaraq, vərəm dərmanlarının zəhərli təsirləri səbəbilə əlavə dərmanlara ehtiyac yarandığını qeyd edib. Bu yan təsir dərmanları, həkim tərəfindən tövsiyə edildiyi halda, müalicə müəssisəsində pulsuz verilsə də, müəssisə xaricində pasiyentlər öz hesablarına almalıdırlar.

Bundan əlavə, Qlobal Fondun keçmişdə verdiyi sosial paketlər (ərzaq və yol pulu) dəstəyinin sona çatmasından sonra, vətəndaşlar maddi çətinliklərlə üzləşirlər. Ramazanlı, bu çətinliklərin xüsusilə rayonlarda yaşayan, maddi imkanları məhdud olan ailələr üçün daha da ağır olduğunu vurğulayıb: 

"Təbii ki, Qlobal Fondun fəaliyyətləri hamımız bilirik ki, bunlar keçicidir. Yəni, müəyyən bir period qurtarandan sonra, Qlobal Fond bunu dövlətin üzərinə qoyur və bu proseslər kəsildiyi üçün pasiyentlər artıq bu yardımlardan məhrum olurlar. Daha doğrusu, burada problem həqiqətən imkansız ailələrin çoxluğudur. Gəlin, belə deyək: o paketlər ayda bir dəfə verilirdi, orada ən əsas ərzaqlar mövcud idi. Onları nə qədər gözləyənlər var, bax, bunu gözləyirlər. Ona görə də, böyük çətinliklə bunu qarşıladılar və hal-hazırda da bu davam edir. Çox acınacaqlı vəziyyətdə yaşayan insanlar var. Biz bunu rayonlar üzrə gedib görürdük. Bu, ikinci bir problemdir. Yəni, maddi çatışmazlıq və lazımi qədər qidalanmama da mövcuddur".

 

Pərvanə Fərhadqızı

Seçilən
1
13
qht.az

10Mənbələr