AZ

Çin və Hindistan Rusiya nefti ilə ticarəti dayandırdı

ABŞ-nin sanksiyaları tankerlərlə daşınan yüklər üçün tariflərinin artmasına səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyter" bildirib

Treyder və gəmiçilik şirkətlərinin məlumatına görə, Çində alıcılar və satıcılar arasında geniş qiymət fərqi yarandığı üçün Asiyada mart ayında yüklənmiş Rusiya neftinin ticarəti dayanıb.Bu, ABŞ sanksiyalarının təsirinə məruz qalmayan tankerlərin kirayə qiymətinin kəskin bahalaşmasından sonra baş verib.

ABŞ yanvarın 10-da Rusiya neft tədarük zəncirinə yeni sanksiyalar tətbiq edib. Bu, tankerlərin yükdaşıma tariflərinin yüksəlməsinə səbəb olub, eyni zamanda Çin və Hindistandakı alıcılar və limanlar sanksiya tətbiq olunan gəmilərdən yayındılar.

Zaur

Seçilən
4
3
azia.az

5Mənbələr