AZ

Berlində İŞİD-i dəstəkləyən Rusiya vətəndaşı saxlanılıb

Berlində İŞİD terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.

Bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

“Rusiya vətəndaşı Zelimxan D. Berlində Federal Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən həbs edilib”, - deyə məlumatda bildirilir.

Saxlanılan şəxs cinayətkar təşkilata üzv olmaqda, xaricdə terror qruplaşmasına dəstək verməkdə, habelə xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda şübhəli bilinir.

Seçilən
12
aznews.az

1Mənbələr