Berlində İŞİD terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.
Bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
“Rusiya vətəndaşı Zelimxan D. Berlində Federal Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən həbs edilib”, - deyə məlumatda bildirilir.
Saxlanılan şəxs cinayətkar təşkilata üzv olmaqda, xaricdə terror qruplaşmasına dəstək verməkdə, habelə xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda şübhəli bilinir.