Şirvanda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda yaşayan Sabirabad rayonu Şıxsalahlı kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədli Sevinc Rüstəm qızı vanna otağında dəm qazından zəhərlənib.
O, Şirvan xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, o 2 uşaq anasıdır.