AZ

"Səfərə xal və ya xallar qazanmaq üçün yollanırıq" - Vitali Borisov

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyunda Xorvatiya yığması ilə qarşılaşacaq. Yanvarın 31-də səfərdə keçiriləcək görüşün hazırlığını davam etdirən yığma sabah səhərə yaxın yola düşəcək. 

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov Bakıdakı son məşqin ardından hazırlıq prosesini dəyərləndirib:

“İki gündür təlim-məşq toplanışındayıq. Əsasən taktiki planda məşqlər keçirik. Uşaqlar çalışır ki, deyilənləri meydanda tətbiq etsinlər. Hazırlığa 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət etmişik. İlkin siyahı ilə müqayisədə Seymur Məmmədov zədəli olduğuna görə komandadan kənarda qalıb. Murad Quluzadə də həmin səbəbdən bizimlə deyil. Seymurun əvəzinə heyətə İlham Alıyevi dəvət etmişik. Kənan Manafov da bir müddət idi zədədən əziyyət çəkirdi. Ona görə İsveçlə görüşü buraxmışdı. İndi komandaya kömək edəcək vəziyyətdədir.  

Rəqibə gəldikdə, Xorvatiya sayılıb-seçilən rəqiblərdəndir. Onlar daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edirlər. Əlbəttə, səfərə xal və ya xallar qazanmaq üçün yollanacağıq. Hər bir görüş bizim üçün vacibdir. Daha sonra Bakıda Yunanıstanla üz-üzə gələcəyik. Hazırda yanvarın 31-dəki matçı düşünürük.

U-19 millisini Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirik. Gənclərimiz yaxşı mübarizə apardılar. Bu komandanı daim izləyirik. Perspektiv vəd edən və potensiallı futzalçılar var. Gələcəkdə onları da A milli komandaya dəvət edəcəyik”.

Seçilən
29
15
fanat.az

10Mənbələr