AZ

“Neftçi”də ab-havanı pozur, öz bildiyini edir, müqaviləsinə güvənir

Yayda “Neftçi”dən yola salınacaq futbolçuların başında Alfa Konte dayanır.

Keçmiş idman direktoru Yens Anderssonun bəh-bəhlə Azərbaycana gətirdiyi Syerra-Leonedən olan yarımmüdafiəçi heç bir halda “Neftçi”yə uyğun gəlmir.

Nə oyun planında, nə də nizam-intizam mövzusunda.

Əvvəlki çalışdırıcılar Miodraq Bojoviçlə Roman Qrqiorçuk kimi, Samir Abasov da onu əsas heyət üzvü gözündə görmür.

Klub və komandadakılar bu futbolçunun əlindən boğaza yığılıb. Adam futbolçu yoldaşları ilə yola getmir, normal ünsiyyət qurmaqla çətinlik çəkir, deyilən iradları cavabsız qoymur. Oyunlar zamanı verilən tapşırıqları yerinə yetirmək əvəzinə öz bildiyini edir, fərdi oyuna meyillənir.

Tərbiyə verilməsi mümkünsüz ərköyün uşağı xatırladan Konte klubla olan uzun müddətli müqaviləsinə arxalanır.

Bilir ki, heç kim ona “gözün üstə qaşın var” deyə bilməyəcək. Çünki sözləşməsi 3 il yarımlıqdır, yəni 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Klub rəhbərliyi “Neftçi”nin ağ günə çıxmasını istəyirsə, komanda ilk növbədə bu cür futbolçulardan təmizlənməlidir. Daxili ab-havanın müxtəlif yollarla pozulması digər futbolçulara da öz təsirini göstərir.

SPORTİNFO.AZ

Seçilən
16
3
sportinfo.az

10Mənbələr