Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas ilk telefon danışığını ABŞ dövlət katibi Mark Rubio ilə aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
"Katib Rubio ilə yaxşı söhbət oldu. Biz Aİ və ABŞ-ın ümumi maraqlarını bölüşdüyü qlobal məsələləri, o cümlədən Rusiyanın Ukraynadakı müharibəsini, İranın pis təsirini və Çinin yaratdığı çağırışları müzakirə etdik", - deyə bildirib.
Onun sözlərinə görə, Aİ və ABŞ birlikdə daha güclüdür.