Bakı, TurkicWorld
Hindistanın Kumb Mela festivalında yaşanan böyük izdiham nəticəsində ən azı 12 nəfər həyatını itirib.
TurkicWorld xəbər verir ki, təxminən 100 milyon insanın iştirak etdiyi festivalda faciəvi anlar yaşanıb.
Hindistan mediasına görə, xəstəxana mənbələri və şahidlər izdihamın ölümcül nəticələrə səbəb olduğunu bildiriblər.
Hindistanın şimalında baş verən hadisədə neçə nəfərin yaralandığı və ya öldüyü barədə rəsmi açıqlama verilməyib. BBC-nin xəbərinə görə, hakimiyyət orqanları hələ də dəqiq rəqəmləri açıqlamayıb.
Qeyd edək ki,hindlilərın müqəddəs hesab etdiyi Kumb Mela festivalı hər 12 ildən bir keçirilir və 55 gün davam edir. Bu müddət ərzində on milyonlarla insan Qanq çayına girərək günahlardan təmizləndiklərinə inanırlar.
2013-cü ildə keçirilən festival zamanı 55 milyondan çox insanın çayda çimdiyi bildirilmişdi.