Bakı.Trend:
Səhər saatları olmasına baxmayaraq seçicilər aktiv şəkildəsəsvermədə iştirak edirlər.
Bunu Trend-əaçıqlamasında 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçkiməntəqəsin sədri Həsənov Adil deyib.
O bildirib ki, məntəqə üzrə siyahıda 1 281 nəfər səsverməhüququna malikdir.
“Saat 11:00-a olan müşahidələrimizə görə məntəqədə 200-ə yaxınşəxs səs verib. Bu fəallığın daha da artacağını gözləyirik.
Məntəqədə səsvermə üçün hər şərait təşkil edilib”, - deyə o qeydedib.
Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.Seçki məntəqələri səhər saat 08:00-da açılıb.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səsvermə prosesi saat 19:00-dək davam edəcək.