AZ

Rusiya Əsədin devrilməsindən sonra ilk dəfə Suriyaya rəsmi səfər edib

Bakı,TurkicWorld

Rusiya Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk rəsmi səfərini Dəməşqə edib.

TurkicWorld xəbər verir ki, Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin Yaxın Şərq məsələlərinə cavabdeh müavini Mixail Boqdanov və Rusiya lideri Vladimir Putinin Əsəd dövründə Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev Dəməşqə gedib.

Rusiya Xarici İşlər Nazirliyi səfərlə bağlı təfərrüatlı açıqlama verməyib. Rusiya KİV səfərin iki ölkə arasında yeni başlanğıc olduğunu bildiriblər

“Rusiya Əsəddən sonrakı dövrdə də Suriya üçün müsbət rol oynaya bilər. Ölkənin bütövlüyünü qorumaq üçün beynəlxalq aləmdə faydalı töhfə verə bilər. Bunun müqabilində Rusiyanın Suriyadakı Tartus limanının hərbi hissəsinin gələcəkdə istifadəsinə icazə verəcəyinə ümid edirik”,- deyə bildirilib.

Seçilən
10
24
turkic.world

10Mənbələr