AZ

Məntəqə sədri: Seçici fəallığı müşahidə olunur, qanun pozuntusu qeydə alınmayıb

Səsvermə prosesində seçici fəallığı müşahidə olunur, qanun pozuntusu qeydə alınmayıb.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında 53 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 42 saylı məntəqəsinin sədri Ramilə Mahmudova deyib.

Onun sözlərinə görə, prosesdə hər hansı qanun pozuntusuna yol verilməyib:

“Məntəqəmiz saat 08:00-dan seçicilər üçün açıq elan edilib və ilk saatlardan səsvermədə aktivlik müşahidə olunur. Hər bir seçici öz iradəsinə uyğun qaydada səs verir. Bu dəqiqəyə qədər heç bir qanun pozuntusuna yol verilməyib. Səsvermə öz axarı ilə davam edir”.

Yevlax-Mingəçevir seçki dairəsində 57 məntəqə fəaliyyət göstərir.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçilən
2
45
aznews.az

10Mənbələr