AZ

ABŞ Ukraynaya hərbi və iqtisadi yardımı dayandırıb

ABŞ prezidenti Donald Tramp administrasiyasının xarici ölkələrə yardımı dayandırmaq qərarı Vaşinqtondan Ukraynaya hərbi və iqtisadi dəstəyin dayandırılmasına səbəb olub.

 Bakıvaxtı.az "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, USAID 24 fevral 2022-ci ildən Ukraynaya humanitar və inkişaf üçün 7,6 milyard dollardan çox yardım göstərib.

Məlumata görə, Vaşinqtonun xarici yardımı dayandırması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının maliyyələşdirilməsinə təsir edib.

Qeyd edək ki, yanvarın 25-də ABŞ dövlət katibi Marko Rubio əksər xarici maliyyə yardım proqramlarının dayandırılması barədə göstəriş verib. Bundan əvvəl Donald Tramp da prezidentliyinin ilk günündə oxşar fərman imzalamışdı. 

Gülşən Şərif

Seçilən
4
3
bakivaxti.az

6Mənbələr