AZ

Lənkərandakı ağır yol qəzasında xəsarət alanların son durumu açıqlandı

Ötən gün Lənkərandakı ağır yol qəzasında xəsarət alanlardan 1 nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində davam etdirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə  TƏBİB-dən bildirilib.

 

Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

 

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, 1 azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
3
sfera.az

1Mənbələr