Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Allahabad şəhərində keçirilən Maha Kumbh Mela festivalında baş verən izdihamda ilkin məlumatlara görə 10 nəfər ölüb.“India Today” qəzetinin məlumatına görə, Allahabad şəhərində hər 12 ildə bir dəfə keçirilən 45 günlük festival zamanı izdiham yaranıb.İlkin məlumata görə, izdihamda 10 nəfər ölüb, çoxlu sayda yaralı var.Uttar Pradeş Baş Naziri Yogi Adityanath deyib ki, günahlarını yumaq üçün Triveni Sanqam çayına gedən bəzi insanlar baryerlərdən tullanaraq izdiham yaradıblar.Qeyd edək ki, yanvarın 13-də milyonlarla insanın iştirakı ilə başlayan festival çərçivəsində şəhərdə ziyarətçilərin yerləşdirilməsi üçün 160 mindən çox çadır və təxminən 400 kilometr müvəqqəti yol tikilib.Bu il 400 milyondan çox hindunun Qanq, Yamuna və Sarasvati çaylarının qovuşduğu yerdə müqəddəs su hesab edilən Triveni Sanqam çayını 45 gün müddətində ziyarət edəcəyi gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta