AZ

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib

Naxçıvanda
Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib. 1news.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Seçilən
3
20
1news.az

10Mənbələr