AZ

Mütəxəssis: kiber dələduzluqlar gözlənilən prosesdir

 Baş verən hadisələrin kartda pul saxlamaqla əlaqəsi yoxdur

Kart vasitəsi ilə ödənişlərin geniş yayılması fırıldaqçıların artmasına gətirib çıxarıb. Artıq çox insan bank kartlarında pul saxlanılmasını təhlükəli hesab edirlər. Bu cür hallarla qarşılaşmağın səbəbi ehtiyatsızlıq və etimaddan sui-istifadə etməkdir. 
Belə hallarla rastlaşmamaq üçün nə etmək lazımdır? 

 Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov “Sherg.az”a bildirib ki, oğurlanmış pullar kompensasiya olunur:

“Çünki adicə banka pul yatırılırsa və bank bağlansa dövlət tərəfindən 100 min manata qədər, sığorta ödənilir. Ümumən belə bir hal baş verərsə, təşvişə düşmək lazım deyil. Sadəcə dırhal bu haqda banka məlumat verilməlidir. Ümumiyyətlə baş verən hadisələrin kartda pul saxlamaqla əlaqəsi yoxdur. Yəni bu düşüncə ilə getsək, biz gərək maaş kartlarından belə istifadə etməyək. Çünki pul bizim maaş kartımıza oturan kimi də yoxa çıxa bilər. Sözsüz ki, bunların hamısı sığortalı formada baş verir. Belə bir hadisələrin olması normaldır və kiber dələduzluqlar gözlənilən proseslərdir. Yəni buna qeyri adi baxmaq lazım deyil. Çünki günümüzdə texnologiya inkişaf edir və gündə fərqli skan sistemləri çıxır. Sözsüz ki, bu, bank sisteminə də öz təsirini göstərir və burada şokedici bir hal yoxdur.  Günümüz başdan ayağa texnologiyadan ibarətdir. Bank sistemindən tutmuş evdəki router vayfaya qədər. Sadəcə biz özümüzü qarantiləməliyik”.
Seçilən
11
20
sherg.az

10Mənbələr