AZ

75 yaşlı kişinin 1200 manatını ələ keçirən şəxs saxlanıldı

Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
7
18
modern.az

10Mənbələr