AZ

Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR: Zəngəzur dəhlizi ilə bağlı YENİ DETALLAR AÇIQLANDI

Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

 

Bu fikirləri Prezident İlham Əliyev ötən gün baş tutan nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.


Zəngəzur məsələsinin həlli hansı hallarda baş tuta bilər?


Politoloq Turan Rzayev Referans.az-a açıqlamasında qeyd edib ki, Zəngəzur məsələsi Azərbaycan üçün hər zaman aktualdır.




“Burada məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistanı dəhliz açılmazsa, alternativ vasitələrin olduğunu göstərmişdi. Yəni İran üzərindən də biz bu kommunikasiya xəttlərini qura biləcəyimizi bildirmişdik. Amma birmənalı şəkildə Zəngəzur dəhlizindən imtina məsələsi indiki məqamda real görünmür. Burada əsas məsələlərdən biri də geosiyasi vəziyyətdir. Xüsusilə də, ölkə başçısı İlham Əliyev geosiyasi vəziyyəti çox yaxşı oxumağı bacarır. Təbii olaraq, şərtlər əgər bizim lehimizədirsə, niyə də bundan istifadə etməyək?”.


Politoloq qeyd edib ki, belə məsələlərdə daha çox geosiyasi vəziyyət nəzərə alınır.


“Əgər bir müddət öncə Zəngəzur dəhlizi ilə bağlı geosiyasi vəziyyət bir qədər geri addım atmağımızı tələb edirdisə, bu, belə də olmalı idi. Lakin indi biz görürük ki, geosiyasi vəziyyət artıq bizim lehimizədir. Faktiki olaraq, Trampın hakimiyyətə gəlməsi, Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr, Yaxın Şərqdəki proseslər – İsrail-İran gərginliyi və s. kifayət qədər ciddi proseslərin içərisindəyik. Cənubi Qafqaz da, təbii olaraq, fərqli regionlardakı davam edən mübarizənin bir qoludur. Buna görə regionda yerləşən Azərbaycan da dəhliz məsələsi ilə bağlı mövqelərini daha arqumentləşdirilmiş və tarixi faktlarla yenidən dilə gətirməyə başlayıb”.


Turan Rzayev, xüsusilə, qeyd edib ki, dəhlizin açılması Azərbaycanın Naxçıvanla gediş-gəlişin təmin edilməsini, həmçinin regionda yeni kommunikasiya xəttləri və enerji layihələrinin reallaşması məsələsi baxımından olduqca önəmlidir.

 

Fidan Vəlisoy 

Seçilən
8
50
referans.az

10Mənbələr