Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq Mərkəzi 2026-cı ilə qədər İranda “Rus Evi” açacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə “Sputnik İran” məlumat yayıb.
“Mərkəz Tehranda Rus Mədəniyyət Mərkəzinin açılması ilə bağlı praktiki məsələlərin işlənib hazırlanmasına başlayıb”, - məlumatda bildirilib.
Qeyd olunub ki, Rus Evinin açılması vətəndaşların rus dilini öyrənmək ehtiyacını ödəyəcək və Rusiyanın Tehranda mədəni və humanitar mövcudluğunu genişləndirəcək.