"Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqası Liqa mərhələsinin "Olimpiakos"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin media nümayəndələri ilə fikirlərini bölüşüb:
- Oyunun taleyini detallar həll edəcək. Turnir cədvəlinə baxanda görürük ki, "Olimpiakos" daha yaxşı vəziyyətdədir. Aşağı pillələrdə olmağımıza baxmayaraq, sabah yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
- Oyuna motivasiya olmaq üçün futbolçular olaraq öz aranızda nə danışırsız?
- Bizim üçün hər oyun önəmlidir. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq hər matça müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabah da istisna olmayacaq. Avropa Liqasını daha yuxarı pillələrdə bitirmək üçün çalışacağıq.