ABŞ prezidenti Donald Tramp "Meta" şirkəti ilə razılaşma imzalayıb.
Teleqraf.com xəbər verir ki, Tramp 6 yanvar 2021-ci il Kapitoli hadisəsindən sonra sosial şəbəkə hesablarının bağlanmasına görə təzminat alacaq.
"Meta" Trampın "Facebook" və "Instagram" hesablarını bağladığı üçün ona 25 milyon dollar ödəyəcək.
"The Wall Street Journal"-ın yazdığına görə, bu məbləğin 22 milyon dolları prezident kitabxanası fonduna, qalanı isə məhkəmə xərclərinə yönləndiriləcək.
Razılaşmada şirkətin rəsmi qaydada üzr istəməsi nəzərdə tutulmur.
Müəllif: Teleqraf.com