AZ

"Lay's" üçün"ölüm riski" xəbərdarlığı: Məhsullar geri çağırılır

Qida dünyasının ən məşhur məhsullarından biri olan "Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Marja.az xəbər verir ki, buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olmasıdır. FDA bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

"Lay's" markasının şirkəti "Frito-Lay", Oreqon və Vaşinqton ştatlarında satışa təqdim edilmiş 6 mindən çox paketdə süd komponentlərinin aşkar edildiyini açıqlayıb. Bu səhv süd allergiyası olan insanlar üçün ciddi sağlamlıq riskləri yaradır.

FDA 27 yanvar 2025-ci il tarixində geri çağırmanı 1-ci dərəcəyə qaldırıb. Bu qərar təkcə xəbərdarlıq deyil, həm də qida təhlükəsizliyinin nə qədər vacib olduğuna dair xatırlatmadır.

Riskli məhsullar haqqında məlumat paylaşılıb

Rəsmilər istehlakçıları son istifadə tarixi 11 fevral 2025-ci il, istehsal kodu “6462307xx” və ya “6463307xx” olan məhsulları istehlak etməməyə və ən yaxın satış nöqtəsinə qaytarmağa çağırıb.

Qida təhlükəsizliyi mövzusunda həssas olan rəsmilər, riskli məhsulların bazardan tamamilə çıxarılması üçün prosesin sürətlə davam etdiyini bildirib. 

"Frito-Lay"dən açıqlama

Lays-in ana şirkəti "Frito-Lay", geri çağırılan məhsulla bağlı indiyədək heç bir allergik reaksiya şikayəti almadıqlarını açıqlayıb. Bununla belə, mümkün sağlamlıq risklərinə qarşı ehtiyat tədbiri olaraq məhsulların geri çağırıldığı bildirilib.

çipslər Lay's
Seçilən
18
8
marja.az

9Mənbələr