Bakı. Trend:
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dənizİqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komaneskuilə görüşüb.
Bu barədə Trend-ə Ekologiya və təbii sərvətlər nazirliyindənməlumat verilib.
Görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrininerkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏTçərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Eyni zamanda ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının(COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.