Kreml Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün Vaşinqtondan pis xəbər gəldi. Təəssüflənir və həlak olanların ailələrinə və yaxınlarına, bu hava qəzasında həlak olan həmvətənlərimizə başsağlığı veririk”, - o bildirib.
Qeyd edək ki, bu gün Vaşinqtonun Reyqan Milli Hava Limanında sərnişin təyyarəsi ilə “Blackhawk” helikopteri toqquşub.