Bakı. Trend:
Nəsimi və Yasamal rayonunda quldurluq və oğurluqda şübhəlibilinən 2 şəxs saxlanılıb.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərin 2000manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxilolub.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş 38 yaşlı S.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarıtərəfindən rayon ərazisində yerləşən evlərin birinin damındanelektrik naqili oğurlamaqda şübhəli bilinən 38 yaşlı E.Əhmədovunmüəyyən olunaraq saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.