İsrailin iki və Tailandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tailand vətəndaşı da azad edilib”, – bəyanatda qeyd olunub.

Baş nazirin dəftərxanası bildirib ki, İsrail hökuməti bütün girovların və itkin düşmüş şəxslərin qaytarılmasına sadiqdir.