AZ

Amerikadan Rusiyaya silah daşıyan dəstə üzvləri yaxalandı

Qırğızıstanın təhlükəsizlik qüvvələri ABŞ-dan Rusiyaya qeyri-qanuni silah tədarükü kanalını aşkarlayıb.

Atıcı silah və sursat qaçaqmalçılığı kanalının 2022-ci ilin yazından fəaliyyət göstərdiyi bildirilir. Qərb istehsalı olan tapançalar, avtomatlar, ov tüfəngləri və döyüş sursatları qaçaqmalçılıq yolu ilə Rusiyaya gətirilib.

Silahlar ABŞ-da onlayn platforma vasitəsilə alınıb. Daha sonra onlar sökülərək video avadanlığı olan qutularda poçt vasitəsilə Qırğızıstana aparılıb. Qırğızıstandan Rusiyaya odlu silah olan bağlamalar göndərilib. Təxminən üç il ərzində Rusiya Federasiyasına 300-dən çox silah daşınıb. Cinayət işinin istintaqı çərçivəsində qaçaqmalçılıq sxeminin əsas fiqurlarından biri olan Qırğızıstan vətəndaşı S.M.M. Onun üzərində avtomat lüləsi və tapança olduğu müəyyən edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr