AZ

27 yaşlı oğlan "pnevmoniya"dan öldü VİDEO

Yüksək hərarətlə Zaqatala Rayon Mərkəzi xəstəxanasına müraciət edən 27 yaşlı oğlan orada dünyasını dəyişib.

Xezerxeber.az-ın xəbərinə görə, Yeni Suvagil kənd sakini Əhməd Əliyev yanvarın 26-da yüksək temperaturla xəstəxanaya aparılıb. Yaxınlarının verdikləri məlumata görə, əvvəlcə onun ayaqları tutulub. İki gündən sonra isə hərarəti yüksəldiyinə görə xəstəxanaya müraciət ediblər.

TƏBİB-dən verilən məlumata görə, Xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində Əhməd Əliyevə ilkin olaraq "pnevmoniya" diaqnozu qoyulub. Sonradan isə başqa diaqnozlar təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
5
10
xezerxeber.az

10Mənbələr